Ağstafada balıq tutan şəxsi elektrik cərəyanı vurub öldürüb
![]()
Ağstafa sakinini balıq tutarkən onu elektrik cərəyanı vurub.
Rubrika.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Eynallı kəndində baş verib. Kənd sakini 1984-cü il təvəllüdlü Mahmudov İlkin Məhəmməd oğlu kəndin ərazisində olan su kanalında elektrik cərəyanı ilə balıq tutmaq istəyərkən cərəyan onu vurub öldürüb.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş










