Əsas Səhifə > Hadisə > “Mado”dan şikayət var: “Süzmə duru, qaymaq turş...”
“Mado”dan şikayət var: “Süzmə duru, qaymaq turş...”21-07-2018, 12:23 |
![]() Müğənni Murad Arif məşhur restoranlar şəbəkəsi “Mado”nu tənqid edib. Rubrika.Az musavat.com-a istinadla xəbər verir ki, ifaçı sosial şəbəkədə “Gənclik” Mall-da yerləşən restorandan narazılıq edib. O, yeməklərin keyfiyyətsiz olduğunu bildirib: “Təklif edirəm, sizi məyus edən kafe-restoranlarla bağlı paylaşımlar edəsiniz. Gənclik Mall-da yerləşən “Mado” restoranında süzmə duru halda, qaymaq smetan dadında-turş... Menemende (yumurta-pomidor) pomidorun xarramış tamı, özəyi də diri-diri... Musiqi random... Ağır rokdan sonra "Kuzu-kuzu"... Təəsüf. Məyus oldum”. Rubrika.Az Geri qayıt |