“Mado”dan şikayət var: “Süzmə duru, qaymaq turş...”

Müğənni Murad Arif məşhur restoranlar şəbəkəsi “Mado”nu tənqid edib.
Rubrika.Az musavat.com-a istinadla xəbər verir ki, ifaçı sosial şəbəkədə “Gənclik” Mall-da yerləşən restorandan narazılıq edib.
O, yeməklərin keyfiyyətsiz olduğunu bildirib: “Təklif edirəm, sizi məyus edən kafe-restoranlarla bağlı paylaşımlar edəsiniz. Gənclik Mall-da yerləşən “Mado” restoranında süzmə duru halda, qaymaq smetan dadında-turş... Menemende (yumurta-pomidor) pomidorun xarramış tamı, özəyi də diri-diri... Musiqi random... Ağır rokdan sonra "Kuzu-kuzu"... Təəsüf. Məyus oldum”.
Rubrika.Az
Facebook-da paylaş














