Əsas Səhifə > Səhiyyə > Ailə qurmaq istəyən 69 nəfərdə İİV aşkarlandı
Ailə qurmaq istəyən 69 nəfərdə İİV aşkarlandı26-07-2018, 17:24 |
![]() Bu ilin birinci yarısında nikaha daxil olmaq istəyən 69 nəfərdə İİV virusu aşkarlanıb. Rubrika.Az bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər. Xəbərdə deyilir ki, 6 ayda İİV-ə yoluxma hallarının 11 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Ümumilikdə 306 nəfərdə virus aşkarlanıb, onlardan 298-i azərbaycanlı, 8-i isə əcnəbidir. Qeydiyyata alınmış 298 yerli sakinlərdən 193-i kişi, 105-i qadındır. QİÇS mərhələsində olan 19 nəfər dünyasını dəyişib. Məlum olub ki, 11,1 faiz parenteral, 58,1 faiz heteroseksual, 6,7 faiz homoseksual kontakt nəticəsində, 0,7 faiz şaquli yolla virusa yoluxub. 23,5-in isə yoluxma yolu müəyyənləşdirilməkdədir Rubrika.Az Geri qayıt |