Ailə qurmaq istəyən 69 nəfərdə İİV aşkarlandı

Bu ilin birinci yarısında nikaha daxil olmaq istəyən 69 nəfərdə İİV virusu aşkarlanıb.
Rubrika.Az bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Xəbərdə deyilir ki, 6 ayda İİV-ə yoluxma hallarının 11 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Ümumilikdə 306 nəfərdə virus aşkarlanıb, onlardan 298-i azərbaycanlı, 8-i isə əcnəbidir. Qeydiyyata alınmış 298 yerli sakinlərdən 193-i kişi, 105-i qadındır.
QİÇS mərhələsində olan 19 nəfər dünyasını dəyişib. Məlum olub ki, 11,1 faiz parenteral, 58,1 faiz heteroseksual, 6,7 faiz homoseksual kontakt nəticəsində, 0,7 faiz şaquli yolla virusa yoluxub. 23,5-in isə yoluxma yolu müəyyənləşdirilməkdədir
Rubrika.Az
Facebook-da paylaş












