Əsas Səhifə > İdman > Şəhriyar Məmmədyarova mükafat təqdim olundu
Şəhriyar Məmmədyarova mükafat təqdim olundu3-08-2018, 12:25 |
![]() İsveçrənin Bil şəhərində keçirilən şahmat üzrə “ACCENTUS Grandmaster Tournament"in qaliblərinə mükafatlar təqdim olunub. Rubrika.Az-ın Qol.az-a istinadən məlumatına görə, turnirin qalibi azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarova mükafatı səfir Xanım İbrahimova təqdim edib. Xatırladaq ki, Azərbaycan təmsilçisi yarışın başa çatmasına bir tur qalmış şahmat turnirinin qalibi olub. O, 9-cu turda 57-ci gedişdə ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsen üzərində qələbə qazanıb. Rubrika.Az Geri qayıt |