Şəhriyar Məmmədyarova mükafat təqdim olundu

İsveçrənin Bil şəhərində keçirilən şahmat üzrə “ACCENTUS Grandmaster Tournament"in qaliblərinə mükafatlar təqdim olunub.
Rubrika.Az-ın Qol.az-a istinadən məlumatına görə, turnirin qalibi azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarova mükafatı səfir Xanım İbrahimova təqdim edib.
Xatırladaq ki, Azərbaycan təmsilçisi yarışın başa çatmasına bir tur qalmış şahmat turnirinin qalibi olub. O, 9-cu turda 57-ci gedişdə ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsen üzərində qələbə qazanıb.
Rubrika.Az
Facebook-da paylaş













