Əsas Səhifə > Hadisə > Nabranda yol qəzası baş verib, 5 nəfər xəsarət alıb
Nabranda yol qəzası baş verib, 5 nəfər xəsarət alıb7-08-2018, 23:13 |
![]() Xaçmaz rayonunun Nabran kəndinə istirahətə gələn ailə qəzaya uğrayıb. Rubrika.az "Report"un Şimal bürosu-na istinaden verdiyi məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan üçünün azyaşlı olduğu bildirilir. Xəsarət alanların kimliyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |