Nabranda yol qəzası baş verib, 5 nəfər xəsarət alıb

Xaçmaz rayonunun Nabran kəndinə istirahətə gələn ailə qəzaya uğrayıb.
Rubrika.az "Report"un Şimal bürosu-na istinaden verdiyi məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan üçünün azyaşlı olduğu bildirilir. Xəsarət alanların kimliyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş












