Əsas Səhifə > Hadisə > Ermənistan xüsusi xidməti: Koçaryanın azad edilməsi qeyri-qanunidir

Ermənistan xüsusi xidməti: Koçaryanın azad edilməsi qeyri-qanunidir


13-08-2018, 22:24
Ermənistan xüsusi xidməti: Koçaryanın azad edilməsi qeyri-qanunidir

Yerevan Apellyasiya məhkəməsinin Ermənistanın sabiq prezidenti Robert Koçaryanın azad edilməsi haqqında qərarı qeyri-qanunidir.

Rubrika.az Oxu.Az-a istinaden xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti bəyanat yayıb.

“Apellyasiya məhkəməsinin Robert Koçaryanın azad edilməsi haqqında qərarı qeyri-qanunidir. Ümid edirik ki, Baş prokurorluq bu qərardan Kassasiya məhkəməsinə şikayətlə müraciət edəcək”, - qurumun mətbuat xidmətindən bildirilib.

Daha öncə Yerevanın Apellyasiya məhkəməsi konstitusiya quruluşunu devirməkdə ittiham olunan keçmiş prezident Robert Koçaryanı toxunulmazlığı ilə əlaqədar azad edib.


Rubrika.az
Geri qayıt