Ermənistan xüsusi xidməti: Koçaryanın azad edilməsi qeyri-qanunidir
![]()
Yerevan Apellyasiya məhkəməsinin Ermənistanın sabiq prezidenti Robert Koçaryanın azad edilməsi haqqında qərarı qeyri-qanunidir.
Rubrika.az Oxu.Az-a istinaden xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti bəyanat yayıb.
“Apellyasiya məhkəməsinin Robert Koçaryanın azad edilməsi haqqında qərarı qeyri-qanunidir. Ümid edirik ki, Baş prokurorluq bu qərardan Kassasiya məhkəməsinə şikayətlə müraciət edəcək”, - qurumun mətbuat xidmətindən bildirilib.
Daha öncə Yerevanın Apellyasiya məhkəməsi konstitusiya quruluşunu devirməkdə ittiham olunan keçmiş prezident Robert Koçaryanı toxunulmazlığı ilə əlaqədar azad edib.
Rubrika.az
Facebook-da paylaş












