Əsas Səhifə > Hadisə > Ukrayna məhkəməsi Azərbaycan vətəndaşını 6 il azadlıqdan məhrum edib

Ukrayna məhkəməsi Azərbaycan vətəndaşını 6 il azadlıqdan məhrum edib


20-08-2018, 10:45
Ukrayna məhkəməsi Azərbaycan vətəndaşını 6 il azadlıqdan məhrum edib

Ukrayna paytaxtı Kiyevin Qoloseyevskiy rayonunda quldurluq ittihamı ilə həbs olunan Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü Abbasov Əlinin məhkəmə prosesi başa çatıb.

Rubrika.Az-ın "Report"a istinadən əldə etdiyi məlumata görə, o, məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Ə.Abbasov Kiyevdə iş adamlarına və onların ailə üzvlərinə hücum edərək qarət etməkdə təqsirli bilinib.

Rubrika.Az
Geri qayıt