Ukrayna məhkəməsi Azərbaycan vətəndaşını 6 il azadlıqdan məhrum edib

Ukrayna paytaxtı Kiyevin Qoloseyevskiy rayonunda quldurluq ittihamı ilə həbs olunan Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü Abbasov Əlinin məhkəmə prosesi başa çatıb.
Rubrika.Az-ın "Report"a istinadən əldə etdiyi məlumata görə, o, məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Ə.Abbasov Kiyevdə iş adamlarına və onların ailə üzvlərinə hücum edərək qarət etməkdə təqsirli bilinib.
Rubrika.Az
Facebook-da paylaş










