Əsas Səhifə > Hadisə > Sumqayıtda mənzildə 19 yaşlı gəncin meyiti tapıldı
Sumqayıtda mənzildə 19 yaşlı gəncin meyiti tapıldı24-08-2018, 21:20 |
|
Sumqayıtda mənzildə 19 yaşlı gəncin meyiti tapılıb. Rubrika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb. Orada aşkarlanan 1999-cu il təvəllüdlü Ülvizadə Sənan Qədimoğlan oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. Rubrika.az Geri qayıt |