Sumqayıtda mənzildə 19 yaşlı gəncin meyiti tapıldı
![]()
Sumqayıtda mənzildə 19 yaşlı gəncin meyiti tapılıb. Rubrika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb. Orada aşkarlanan 1999-cu il təvəllüdlü Ülvizadə Sənan Qədimoğlan oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Rubrika.az
Facebook-da paylaş






