Əsas Səhifə > Gündəm > XİN-dən Hindistanın Ermənistana silah satmasına - MÜNASİBƏT

XİN-dən Hindistanın Ermənistana silah satmasına - MÜNASİBƏT


27-08-2018, 13:56
XİN-dən Hindistanın Ermənistana silah satmasına - MÜNASİBƏT

Ermənistanın Hindistandan silah almağa hazırlaşması barədə yayılan xəbərlə bağlı məsələ tərəfimizdən araşdırılır.

Bunu açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

“Məsələ hindistanlı tərəfmüqabillərimizlə müzakirə olunacaq”, - deyə H.Hacıyev əlavə edib.

Qeyd edək ki, Ermənistan Hindistan istehsalı “Pinaka” yaylım atəşli reaktiv sistemləri ilə maraqlanır.

Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan təsdiqləyib.

Rubrika.Az
Geri qayıt