XİN-dən Hindistanın Ermənistana silah satmasına - MÜNASİBƏT
![]()
Ermənistanın Hindistandan silah almağa hazırlaşması barədə yayılan xəbərlə bağlı məsələ tərəfimizdən araşdırılır.
Bunu açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
“Məsələ hindistanlı tərəfmüqabillərimizlə müzakirə olunacaq”, - deyə H.Hacıyev əlavə edib.
Qeyd edək ki, Ermənistan Hindistan istehsalı “Pinaka” yaylım atəşli reaktiv sistemləri ilə maraqlanır.
Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan təsdiqləyib.
Rubrika.Az
Facebook-da paylaş











