Əsas Səhifə > Gündəm > Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan olunmuş müsabiqəyə yekun vurulub (SİYAHI)
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan olunmuş müsabiqəyə yekun vurulub (SİYAHI)29-08-2018, 15:37 |
|
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə»yə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər üçün elan olunmuş müsabiqəyə yekun vurulub. Rubrika.Az bildirir ki, Baş Prokurorluqdan verilən məlumata görə, gənc hüquqşünasların prokurorluq orqanlarına müsabiqə yolu ilə qulluğa qəbulu ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmaqla, Prezident İlham Əliyev tərəfindən reallaşdırılan dövlət gənclər siyasətinin uğurlu nəticəsidir. Sonuncu müsabiqənin yekunu da nəzərə alınmaqla, tam şəffaf və ədalətli prosedurlar əsasında keçirilmiş müsabiqələr nəticəsində qulluğa qəbul edilmiş gənc hüquqşünaslar hazırda respublika prokurorluq orqanlarının kadr korpusunun 65 faizini təşkil edir. Müsabiqənin sonuncu mərhələsinə buraxılmış 96 namizədin dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək məqsədilə 2018-ci il avqustun 13-dən 21-dək Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən müsahibə keçirilib. Müsabiqənin nəticələrinə görə «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları» ilə müəyyənləşdirilmiş keçid balını toplamış 86 namizəd 30 avqust 2018-ci il tarixdən Ədliyyə Akademiyasında (Bakı şəhəri, Vidadi küçəsi 158) icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant vəzifələrə stajor qismində təyin ediləcəklər. Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və «Qəbul otağı»nda yerləşdirilib. Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar. Prokurorluq orqanlarına işə qəbulla bağlı elan edilmiş müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanmış namizədlər: Abbasbəyli Orxan Tahir oğlu Abbasov Səyyad Pənah oğlu Abdullayev Şəhram Şahin oğlu Ağayev Kamran Elşad oğlu Babayev Rəsul Elxan oğlu Babazadə İlkin Qorxmaz oğlu Bayramlı Murad Qənbər oğlu Binnətov Kənan Firdusi oğlu Cabbarlı Mirsəddam Abusət oğlu Cəfərli Kənan Qarakişi oğlu Duşdurov Orxan Bəhrəm oğlu Eldarov İlkin Telman oğlu Əhmədov Fərid Oqtay oğlu Əlişzadə Tamara Fəzail qızı Əliyev Babək Xıdır oğlu Əliyev Murad Tofiq oğlu Əliyeva Mələk Vasif qızı Əli-zadə Aqil İlqar oğlu Əlizadə Aqşin Füzuli oğlu Əmirov Natiq Akif oğlu Əzimli Elxan Əkbər oğlu Əzimli Fərrux Rafiq oğlu Əzimli Xudabənd Elman oğlu Əzizli Ziya Həzi oğlu Göyüşov Bəxtiyar Mehralı oğlu Hacıxəlilov Vasif Azad oğlu Həsənov Elçin Təhmiraz oğlu Həsənov Əhməd Yelmar oğlu Həsənov Seymur Rəhim oğlu Hüseynli Nicat Aydın oğlu Hüseynov Fuad Nəcəf oğlu Hüseynov Həmid Fariz oğlu Xanlarzadə Xanlar Mehti oğlu Xəlilov Nihad Elxan oğlu İbrahimli Nəriman Tohit oğlu İbrahimov İbrahim Elçin oğlu İmanlı Cavid Oruc oğlu İsayev Vüqar Nurəddin oğlu İsmayılzadə Emin Xəyyam oğlu Kamilli Kamil Adil oğlu Kazımov Elvin Elşən oğlu Kərimov Tərlan Şəmsi oğlu Qarakişiyev Fərid Qara oğlu Qasımov Rəşad Akif oğlu Qədirli Bəhruz Adil oğlu Quliyev Vüqar Nazim oğlu Quluzadə Rəsul Qalib oğlu Qurbanov İlkin Qurban oğlu Qüdrətli Nihad Ədalət oğlu Mehdizadə Yusif Arif oğlu Mehmanlı Həmid Əli oğlu Məmmədli Hacı Əliheydər oğlu Məmmədli Yasin Bayram oğlu Məmmədov Nahid Əlicabbar oğlu Məmmədov Səbuhi İlham oğlu Məmmədov Vüsal Sadət oğlu Məmmədyarov Akif Mahir oğlu Məmmədzadə Mikayıl Maarif oğlu Məmmədzadə Səbinə Adil qızı Məmmədzadə Vüqar Elbrus oğlu Mikayılov Mehman Rasim oğlu Mirzəyev Bəxtiyar Araz oğlu Mirzəyeva Turan Bayram qızı Mövsümov Teymur Nazim oğlu Musayev Vüsal Əli oğlu Mürsəlov Tural Yavər oğlu Mütəllimzadə Seymur Sabir oğlu Nəcəfov Aydın Fuad oğlu Nəsirli Nicat Rauf oğlu Nəsrullayev Fərdi Eynulla oğlu Novruzlu Pərviz Əli oğlu Nuriyev Fərid Nurməmməd oğlu Orucov Elşən Elşar oğlu Paşayev Anar Əlövsət oğlu Pənahlı Emin Alı oğlu Rüstəmzadə Fərid Mübariz oğlu Sadıxov Samir Kamran oğlu Sadıqov Ehtiram Atamalı oğlu Səlimzadə Xəzər Hümbət oğlu Süleymanov Vüsal İlqar oğlu Şamxayzadə Xəyal Xəqani oğlu Verdiyev Hikmət Siyavuş oğlu Yaqubov Amil Fərhad oğlu Zeynalov Elmir Fuad oğlu Zülfüqarlı İlham Yusif oğlu Zülfüqarlı Toğrul Faiq oğlu Rubrika.Az Geri qayıt |