• Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan olunmuş müsabiqəyə yekun vurulub (SİYAHI)

    Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan olunmuş müsabiqəyə yekun vurulub (SİYAHI)

    Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə»yə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər üçün elan olunmuş müsabiqəyə yekun vurulub.

    Rubrika.Az
    bildirir ki, Baş Prokurorluqdan verilən məlumata görə, gənc hüquqşünasların prokurorluq orqanlarına müsabiqə yolu ilə qulluğa qəbulu ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmaqla, Prezident İlham Əliyev tərəfindən reallaşdırılan dövlət gənclər siyasətinin uğurlu nəticəsidir. Sonuncu müsabiqənin yekunu da nəzərə alınmaqla, tam şəffaf və ədalətli prosedurlar əsasında keçirilmiş müsabiqələr nəticəsində qulluğa qəbul edilmiş gənc hüquqşünaslar hazırda respublika prokurorluq orqanlarının kadr korpusunun 65 faizini təşkil edir.

    Müsabiqənin sonuncu mərhələsinə buraxılmış 96 namizədin dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək məqsədilə 2018-ci il avqustun 13-dən 21-dək Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən müsahibə keçirilib.

    Müsabiqənin nəticələrinə görə «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları» ilə müəyyənləşdirilmiş keçid balını toplamış 86 namizəd 30 avqust 2018-ci il tarixdən Ədliyyə Akademiyasında (Bakı şəhəri, Vidadi küçəsi 158) icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant vəzifələrə stajor qismində təyin ediləcəklər.

    Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və «Qəbul otağı»nda yerləşdirilib.

    Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

    Prokurorluq orqanlarına işə qəbulla bağlı elan edilmiş müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanmış namizədlər:

    Abbasbəyli Orxan Tahir oğlu
    Abbasov Səyyad Pənah oğlu
    Abdullayev Şəhram Şahin oğlu
    Ağayev Kamran Elşad oğlu
    Babayev Rəsul Elxan oğlu
    Babazadə İlkin Qorxmaz oğlu
    Bayramlı Murad Qənbər oğlu
    Binnətov Kənan Firdusi oğlu
    Cabbarlı Mirsəddam Abusət oğlu
    Cəfərli Kənan Qarakişi oğlu
    Duşdurov Orxan Bəhrəm oğlu
    Eldarov İlkin Telman oğlu
    Əhmədov Fərid Oqtay oğlu
    Əlişzadə Tamara Fəzail qızı
    Əliyev Babək Xıdır oğlu
    Əliyev Murad Tofiq oğlu
    Əliyeva Mələk Vasif qızı
    Əli-zadə Aqil İlqar oğlu
    Əlizadə Aqşin Füzuli oğlu
    Əmirov Natiq Akif oğlu
    Əzimli Elxan Əkbər oğlu
    Əzimli Fərrux Rafiq oğlu
    Əzimli Xudabənd Elman oğlu
    Əzizli Ziya Həzi oğlu
    Göyüşov Bəxtiyar Mehralı oğlu
    Hacıxəlilov Vasif Azad oğlu
    Həsənov Elçin Təhmiraz oğlu
    Həsənov Əhməd Yelmar oğlu
    Həsənov Seymur Rəhim oğlu
    Hüseynli Nicat Aydın oğlu
    Hüseynov Fuad Nəcəf oğlu
    Hüseynov Həmid Fariz oğlu
    Xanlarzadə Xanlar Mehti oğlu
    Xəlilov Nihad Elxan oğlu
    İbrahimli Nəriman Tohit oğlu
    İbrahimov İbrahim Elçin oğlu
    İmanlı Cavid Oruc oğlu
    İsayev Vüqar Nurəddin oğlu
    İsmayılzadə Emin Xəyyam oğlu
    Kamilli Kamil Adil oğlu
    Kazımov Elvin Elşən oğlu
    Kərimov Tərlan Şəmsi oğlu
    Qarakişiyev Fərid Qara oğlu
    Qasımov Rəşad Akif oğlu
    Qədirli Bəhruz Adil oğlu
    Quliyev Vüqar Nazim oğlu
    Quluzadə Rəsul Qalib oğlu
    Qurbanov İlkin Qurban oğlu
    Qüdrətli Nihad Ədalət oğlu
    Mehdizadə Yusif Arif oğlu
    Mehmanlı Həmid Əli oğlu
    Məmmədli Hacı Əliheydər oğlu
    Məmmədli Yasin Bayram oğlu
    Məmmədov Nahid Əlicabbar oğlu
    Məmmədov Səbuhi İlham oğlu
    Məmmədov Vüsal Sadət oğlu
    Məmmədyarov Akif Mahir oğlu
    Məmmədzadə Mikayıl Maarif oğlu
    Məmmədzadə Səbinə Adil qızı
    Məmmədzadə Vüqar Elbrus oğlu
    Mikayılov Mehman Rasim oğlu
    Mirzəyev Bəxtiyar Araz oğlu
    Mirzəyeva Turan Bayram qızı
    Mövsümov Teymur Nazim oğlu
    Musayev Vüsal Əli oğlu
    Mürsəlov Tural Yavər oğlu
    Mütəllimzadə Seymur Sabir oğlu
    Nəcəfov Aydın Fuad oğlu
    Nəsirli Nicat Rauf oğlu
    Nəsrullayev Fərdi Eynulla oğlu
    Novruzlu Pərviz Əli oğlu
    Nuriyev Fərid Nurməmməd oğlu
    Orucov Elşən Elşar oğlu
    Paşayev Anar Əlövsət oğlu
    Pənahlı Emin Alı oğlu
    Rüstəmzadə Fərid Mübariz oğlu
    Sadıxov Samir Kamran oğlu
    Sadıqov Ehtiram Atamalı oğlu
    Səlimzadə Xəzər Hümbət oğlu
    Süleymanov Vüsal İlqar oğlu
    Şamxayzadə Xəyal Xəqani oğlu
    Verdiyev Hikmət Siyavuş oğlu
    Yaqubov Amil Fərhad oğlu
    Zeynalov Elmir Fuad oğlu
    Zülfüqarlı İlham Yusif oğlu
    Zülfüqarlı Toğrul Faiq oğlu

    Rubrika.Az


    Facebook-da paylaş