Əsas Səhifə > Hadisə > Rusiyada hərbi zavodda baş vermiş yanğın söndürülüb: ölənlər var
Rusiyada hərbi zavodda baş vermiş yanğın söndürülüb: ölənlər var31-08-2018, 17:37 |
![]() Rusiyanın Nijeqorod vilayətinin Dzerjinsk şəhərində Y.M.Sverdlov adına hərbi zavodda baş vermiş yanğın tam söndürülüb. Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə yerində fövqəladə hallar, təcili yardım xidmətləri işləyir. Sexlərdən birində partlayışdan sonra yaranan yanğın 100 kv.m ərazisini əhatə edib. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Partlayışın köhnə minaların utilizasiya olunduğu binada qeydə alındığı bildirilir. Y.M.Sverdlov Rusiyanın iri hərbi zavodlarından biridir. Rubrika.Az Geri qayıt |