Rusiyada hərbi zavodda baş vermiş yanğın söndürülüb: ölənlər var

Rusiyanın Nijeqorod vilayətinin Dzerjinsk şəhərində Y.M.Sverdlov adına hərbi zavodda baş vermiş yanğın tam söndürülüb.
Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə yerində fövqəladə hallar, təcili yardım xidmətləri işləyir. Sexlərdən birində partlayışdan sonra yaranan yanğın 100 kv.m ərazisini əhatə edib.
Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Partlayışın köhnə minaların utilizasiya olunduğu binada qeydə alındığı bildirilir.
Y.M.Sverdlov Rusiyanın iri hərbi zavodlarından biridir.
Rubrika.Az
Facebook-da paylaş












