Əsas Səhifə > Hadisə > Məşhur erməni futbolçu Bakıya gələcək
Məşhur erməni futbolçu Bakıya gələcək31-08-2018, 20:48 |
![]() Bu gün Monakoda UEFA Avropa Liqasının qrup mərhələsində oynayacaq 48 klubun iştirak etdiyi püşkatma mərasimi keçirilib. Komandalar 12 qrupda mübarizə aparacaq. Rubrika.az Modern.az-a istinaden xəbər verir ki, püşkatma nəticəsində "Qarabağ"ın da rəqibləri müəyyənləşib. E qrupu "Arsenal" (İngiltərə), "Sportinq" (Lissabon, Portuqaliya) “Qarabağ” (Azərbaycan) "Vorskla" (Poltava, Ukrayna) Bu arada “Qarabağ”ın rəqiblərindən olan İngiltərənin “Arsenal” futbol klubunda çıxış edən erməni futbolçu Henrix Mxitaryanın Bakıya gəlib-gəlməyəcəyi maraq doğurur. Böyük ehtimal ki, “Arsenal”ın əsas heyətində yer alan Henrix Mxitaryan Bakıya da gələcək. Yeri gəlmişən, o, həm də Ermənitan milli komandasının da əsas oyunçusudur. Rubrika.az Geri qayıt |