Məşhur erməni futbolçu Bakıya gələcək

Bu gün Monakoda UEFA Avropa Liqasının qrup mərhələsində oynayacaq 48 klubun iştirak etdiyi püşkatma mərasimi keçirilib. Komandalar 12 qrupda mübarizə aparacaq.
Rubrika.az Modern.az-a istinaden xəbər verir ki, püşkatma nəticəsində "Qarabağ"ın da rəqibləri müəyyənləşib.
E qrupu
"Arsenal" (İngiltərə),
"Sportinq" (Lissabon, Portuqaliya)
“Qarabağ” (Azərbaycan)
"Vorskla" (Poltava, Ukrayna)
Bu arada “Qarabağ”ın rəqiblərindən olan İngiltərənin “Arsenal” futbol klubunda çıxış edən erməni futbolçu Henrix Mxitaryanın Bakıya gəlib-gəlməyəcəyi maraq doğurur.
Böyük ehtimal ki, “Arsenal”ın əsas heyətində yer alan Henrix Mxitaryan Bakıya da gələcək. Yeri gəlmişən, o, həm də Ermənitan milli komandasının da əsas oyunçusudur.
Rubrika.az
Facebook-da paylaş












