Əsas Səhifə > Hadisə > Türkiyədə qaz və işıq pulu artdı
Türkiyədə qaz və işıq pulu artdı1-09-2018, 18:50 |
|
Türkiyədə elektrik enerjisi və təbii qazdan istifadə haqqı artırılıb. Rubrika.az Oxu.Az-a istinaden xəbər verir ki, üç aydan bir elektrik enerjisindən istifadə tariflərini yeniləyən Enerji Bazarı Tənzimləmə Təşkilatı bu dəfə qərarını irəli çəkib - sentyabrın 1-i üçün yeni tarifləri açıqlayıb. Məlum olub ki, qurum elektrik enerjisindən istifadə tariflərini 14,6-16,2 faiz aralığında bahalaşdırıb. Belə ki, elektrik enerjisindən istifadə haqqı gündüz saatları üzrə 15 , gecə saatları üzrə 16,2, pik saatlarda isə 14,6 faiz bahalaşdırılıb. Təbii qazdan istifadə haqqı isə 9 faiz artıb. Rubrika.az Geri qayıt |