Türkiyədə qaz və işıq pulu artdı
![]()
Türkiyədə elektrik enerjisi və təbii qazdan istifadə haqqı artırılıb.
Rubrika.az Oxu.Az-a istinaden xəbər verir ki, üç aydan bir elektrik enerjisindən istifadə tariflərini yeniləyən Enerji Bazarı Tənzimləmə Təşkilatı bu dəfə qərarını irəli çəkib - sentyabrın 1-i üçün yeni tarifləri açıqlayıb.
Məlum olub ki, qurum elektrik enerjisindən istifadə tariflərini 14,6-16,2 faiz aralığında bahalaşdırıb.
Belə ki, elektrik enerjisindən istifadə haqqı gündüz saatları üzrə 15 , gecə saatları üzrə 16,2, pik saatlarda isə 14,6 faiz bahalaşdırılıb.
Təbii qazdan istifadə haqqı isə 9 faiz artıb.
Rubrika.az
Facebook-da paylaş
















