Əsas Səhifə > Hadisə > Almaniyalı nazir ABŞ-la münasibətlər barədə: "İlan qarşısındakı dovşan kimi oturmamalıyıq"

Almaniyalı nazir ABŞ-la münasibətlər barədə: "İlan qarşısındakı dovşan kimi oturmamalıyıq"


3-09-2018, 11:20
Almaniyalı nazir ABŞ-la münasibətlər barədə: "İlan qarşısındakı dovşan kimi oturmamalıyıq"

Almaniyanın xarici işlər naziri Xayko Maas Aİ ölkələrini ABŞ-ın qəbul etdiyi sanksiyalarla bağlı "ilan qarşısındakı dovşan" olmamaq üçün yekdilliklə qərarlar qəbul etməməyə çağırıb.

Rubrika.Az Trend-ə istinadla bildirir ki, almaniyalı nazir ABŞ-la münasibətlərə yenidən baxmaq niyyəti barədə bəyan edib. Bununla belə o, ABŞ Prezidenti Donald Trampı "Avropa İttifaqının Amerikanın düşməni olması" fikrinə görə tənqid edib.

Nazir əlavə edib: "İqtisadi sanksiyalar və gömrük rüsumları qarşısında biz "ilan qarşısındakı dovşan" kimi oturmamalıyıq".

Rubrika.Az
Geri qayıt