Almaniyalı nazir ABŞ-la münasibətlər barədə: "İlan qarşısındakı dovşan kimi oturmamalıyıq"

Almaniyanın xarici işlər naziri Xayko Maas Aİ ölkələrini ABŞ-ın qəbul etdiyi sanksiyalarla bağlı "ilan qarşısındakı dovşan" olmamaq üçün yekdilliklə qərarlar qəbul etməməyə çağırıb.
Rubrika.Az Trend-ə istinadla bildirir ki, almaniyalı nazir ABŞ-la münasibətlərə yenidən baxmaq niyyəti barədə bəyan edib. Bununla belə o, ABŞ Prezidenti Donald Trampı "Avropa İttifaqının Amerikanın düşməni olması" fikrinə görə tənqid edib.
Nazir əlavə edib: "İqtisadi sanksiyalar və gömrük rüsumları qarşısında biz "ilan qarşısındakı dovşan" kimi oturmamalıyıq".
Rubrika.Az
Facebook-da paylaş













