Əsas Səhifə > Müsahibə > Gömrük Komitəsinin sədri struktur islahatlarından danışdı
Gömrük Komitəsinin sədri struktur islahatlarından danışdı12-09-2018, 10:37 |
|
Əvvəllər “Sınıq Körpü” gömrük-keçid məntəqəsindən gün ərzində altı min insan keçirdisə, bu yay bu rəqəm 17 minə qalxıb. Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, bunu “Gömrük orqanlarında aparılan islahatlar və nəticələr” mövzusunda keçirilən mətbuat konfransında Komitənin sədri Səfər Mehdiyev deyib. O qeyd edib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi hər ay gömrük-keçid məntəqələrində 1,5 mln. sərnişinə xidmət edir. Bu isə rekord göstəricidir. Srturuktur islahatlarından danışan S.Mehtiyev bildirib ki, ciddi kadr islahatları aparılıb. 230-a yaxın gənc gömrük orqanlarının sıralarına qatılıb: “Gömrük Komitəsinin indiyə qədər fəaliyyət göstərdiyi struktur ötən əsrin 90-cı illərindən qalmışdı. Komitənin şöbələr və idarələri arasında bir-birinin funksiyalarını təkrar edənlər var idi. Bunu nəzərə alaraq onların bəziləri birləşdirilib”. Rubrika.Az Geri qayıt |