Gömrük Komitəsinin sədri struktur islahatlarından danışdı
![]()
Əvvəllər “Sınıq Körpü” gömrük-keçid məntəqəsindən gün ərzində altı min insan keçirdisə, bu yay bu rəqəm 17 minə qalxıb.
Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, bunu “Gömrük orqanlarında aparılan islahatlar və nəticələr” mövzusunda keçirilən mətbuat konfransında Komitənin sədri Səfər Mehdiyev deyib.
O qeyd edib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi hər ay gömrük-keçid məntəqələrində 1,5 mln. sərnişinə xidmət edir. Bu isə rekord göstəricidir.
Srturuktur islahatlarından danışan S.Mehtiyev bildirib ki, ciddi kadr islahatları aparılıb. 230-a yaxın gənc gömrük orqanlarının sıralarına qatılıb:
“Gömrük Komitəsinin indiyə qədər fəaliyyət göstərdiyi struktur ötən əsrin 90-cı illərindən qalmışdı. Komitənin şöbələr və idarələri arasında bir-birinin funksiyalarını təkrar edənlər var idi. Bunu nəzərə alaraq onların bəziləri birləşdirilib”.
Rubrika.Az
Facebook-da paylaş









