Əsas Səhifə > Hadisə > Həbsdə olduğu deyilən Rza Zərrab restoranda görüntüləndi - FOTO
Həbsdə olduğu deyilən Rza Zərrab restoranda görüntüləndi - FOTO12-09-2018, 12:46 |
|
İrandakı investisiyaları pozması ilə bağlı ABŞ-da davam edən məhkəmənin önəmli şəxslərindən olan Rza Zərrab Nyu-Yorkun məşhur restoranlarından birində görüntülənib. Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, Soho bölgəsindəki məşhur suşi restoranı “Nobu”da bir xanımla yemək yeyən Zərrab fotolarının çəkildiyinin fərqinə varandan sonra məkandan ayrılıb. Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun 2014-cü ilin sentyabrında İrandakı investisiyalarla bağlı istintaqı zamanı Rza ailəsi ilə birlikdə 16 mart 2016-cı ildə ABŞ-a giriş edərkən həbs olunmuşdu. Nyu-York Federal Məhkəməsində 135 il cəza qarşılığında şahid qismində ifadə verən Zərrabın daha az cəza alması gözlənilirdi. Onu da qeyd edək ki, onun Nyu-Yorkdakı həbsxanaların birində özəl bölmədə saxlandığı bildirilirdi. Xatırladaq ki, Rza Zərrab müğənni Günel Zeynalovanın nişanlısı olub, o, hazırda Ebru Gündeşlə evlidir. Rubrika.Az Geri qayıt |