Həbsdə olduğu deyilən Rza Zərrab restoranda görüntüləndi - FOTO
![]()
İrandakı investisiyaları pozması ilə bağlı ABŞ-da davam edən məhkəmənin önəmli şəxslərindən olan Rza Zərrab Nyu-Yorkun məşhur restoranlarından birində görüntülənib.
Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, Soho bölgəsindəki məşhur suşi restoranı “Nobu”da bir xanımla yemək yeyən Zərrab fotolarının çəkildiyinin fərqinə varandan sonra məkandan ayrılıb.
Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun 2014-cü ilin sentyabrında İrandakı investisiyalarla bağlı istintaqı zamanı Rza ailəsi ilə birlikdə 16 mart 2016-cı ildə ABŞ-a giriş edərkən həbs olunmuşdu.
Nyu-York Federal Məhkəməsində 135 il cəza qarşılığında şahid qismində ifadə verən Zərrabın daha az cəza alması gözlənilirdi.
Onu da qeyd edək ki, onun Nyu-Yorkdakı həbsxanaların birində özəl bölmədə saxlandığı bildirilirdi.
Xatırladaq ki, Rza Zərrab müğənni Günel Zeynalovanın nişanlısı olub, o, hazırda Ebru Gündeşlə evlidir.![]()
Rubrika.Az
Facebook-da paylaş












