Əsas Səhifə > Dünya > "Taliban" polislərə hücum etdi - 8 ölü
"Taliban" polislərə hücum etdi - 8 ölü15-09-2018, 17:23 |
|
Əfqanıstanın cənubundakı Zabul əyalətində bir qrup silahlı ayrı-ayrılıqda 3 nəzarət-buraxılış məntəqəsinə hücum edib. Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, hücumlar nəticəsində 8 polis əməkdaşı həlak olub. Daha 3 polis əməkdaşının yaralandığı bildirilir. Hücumlarla bağlı məsuliyyəti “Taliban” radikal hərəkatı öz üzərinə götürüb. Hücum edənlərin hər hansı bir itki verib-verməməsi barədə məlumat verilmir. Rubrika.Az Geri qayıt |