"Taliban" polislərə hücum etdi - 8 ölü
![]()
Əfqanıstanın cənubundakı Zabul əyalətində bir qrup silahlı ayrı-ayrılıqda 3 nəzarət-buraxılış məntəqəsinə hücum edib.
Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, hücumlar nəticəsində 8 polis əməkdaşı həlak olub.
Daha 3 polis əməkdaşının yaralandığı bildirilir.
Hücumlarla bağlı məsuliyyəti “Taliban” radikal hərəkatı öz üzərinə götürüb.
Hücum edənlərin hər hansı bir itki verib-verməməsi barədə məlumat verilmir.
Rubrika.Az
Facebook-da paylaş







