Əsas Səhifə > Dünya > Fələstin səfiri ABŞ-dan qovuldu
Fələstin səfiri ABŞ-dan qovuldu17-09-2018, 10:16 |
![]() Fələstinin Vaşinqtondakı diplomatik missiyasının başçısı Husam Zomlotun və onun ailəsinin ABŞ-da yaşamaq üçün icazəsi ləğv edilib. Rubrika.Az virtualaz.org-a istinadla bildirir ki, bu barədə bazar günü, sentyabrın 16-da “Əl-Mayadin” telekanalı məlumat yayıb. Bundan əlavə, səfirin bank hesabı dondurulub, kredit kartı isə ləğv edilib. Qeyd edək ki, sentyabrın 13-də Zomlot Twitter sosial şəbəkəsindəki hesabında “Amerika xalqına müraciət” ünvanlayıb. O, Vaşinqtondakı Fələstin diplomatik nümayəndəliyinin bağlanmasının “qisas aktı” adlandırıraq bildirib ki, təmsil etdiyi struktur seçim qarşısına qoyulub: Vaşinqtonla münasibətləri pozmaq və ya bir millət kimi öz hüquqlarından imtina etmək. Fələstin Azadlıq Təşkilatının baş katibi Saib Arikat Tramp administrasiyasının bu qərarını “təhlükəli eskalasiya” adlandırıb. Rubrika.Az Geri qayıt |