Fələstin səfiri ABŞ-dan qovuldu

Fələstinin Vaşinqtondakı diplomatik missiyasının başçısı Husam Zomlotun və onun ailəsinin ABŞ-da yaşamaq üçün icazəsi ləğv edilib.
Rubrika.Az virtualaz.org-a istinadla bildirir ki, bu barədə bazar günü, sentyabrın 16-da “Əl-Mayadin” telekanalı məlumat yayıb.
Bundan əlavə, səfirin bank hesabı dondurulub, kredit kartı isə ləğv edilib.
Qeyd edək ki, sentyabrın 13-də Zomlot Twitter sosial şəbəkəsindəki hesabında “Amerika xalqına müraciət” ünvanlayıb. O, Vaşinqtondakı Fələstin diplomatik nümayəndəliyinin bağlanmasının “qisas aktı” adlandırıraq bildirib ki, təmsil etdiyi struktur seçim qarşısına qoyulub: Vaşinqtonla münasibətləri pozmaq və ya bir millət kimi öz hüquqlarından imtina etmək.
Fələstin Azadlıq Təşkilatının baş katibi Saib Arikat Tramp administrasiyasının bu qərarını “təhlükəli eskalasiya” adlandırıb.
Rubrika.Az
Facebook-da paylaş













