Əsas Səhifə > Hadisə > KTMT Xaçaturova əvəz axtarır
KTMT Xaçaturova əvəz axtarır3-10-2018, 12:53 |
|
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr təşkilatın baş katibi Yuri Xaçaturovun əvəzlənməsi ilə bağlı intensiv müzakirələri davam etdirir. Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, Qazaxıstan xarici işlər naziri Kayrat Abdrahmanov qərarın hamı üçün məqbul olmasının vacibliyini bildirib. Bundan öncə erməni baş katib Xaçaturov 2008-ci il martın 1-də keçirilən etiraz aksiyaları zamanı Ermənistandakı konstitusiya rejimini devirməkdə ittiham olunur. “Məsələ ilə bağlı gərgin mübarizələr gedir. Əminik ki, qərar təşkilatın hər bir üzvü üçün məqbul olacaq”, - Abdrahmanov deyib. O əmin olduğunu bildirib ki, bu qərar KTMT-nin gələcək fəaliyyəti üçün heç bir mənfi nəticəyə səbəb olmayacaq. Rubrika.Az Geri qayıt |