KTMT Xaçaturova əvəz axtarır
![]()
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr təşkilatın baş katibi Yuri Xaçaturovun əvəzlənməsi ilə bağlı intensiv müzakirələri davam etdirir.
Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, Qazaxıstan xarici işlər naziri Kayrat Abdrahmanov qərarın hamı üçün məqbul olmasının vacibliyini bildirib.
Bundan öncə erməni baş katib Xaçaturov 2008-ci il martın 1-də keçirilən etiraz aksiyaları zamanı Ermənistandakı konstitusiya rejimini devirməkdə ittiham olunur.
“Məsələ ilə bağlı gərgin mübarizələr gedir. Əminik ki, qərar təşkilatın hər bir üzvü üçün məqbul olacaq”, - Abdrahmanov deyib.
O əmin olduğunu bildirib ki, bu qərar KTMT-nin gələcək fəaliyyəti üçün heç bir mənfi nəticəyə səbəb olmayacaq.
Rubrika.Az
Facebook-da paylaş












