Əsas Səhifə > Hadisə > BMT məhkəməsi: ABŞ-ın İrana qarşı sanksiyaları humanitar yardımlara şamil olunmamalıdır

BMT məhkəməsi: ABŞ-ın İrana qarşı sanksiyaları humanitar yardımlara şamil olunmamalıdır


3-10-2018, 22:45
BMT məhkəməsi: ABŞ-ın İrana qarşı sanksiyaları humanitar yardımlara şamil olunmamalıdır

BMT Beynəlxalq Məhkəməsi İranın ABŞ-a qarşı iddiasına dair ilkin qərarını verib.

Rubrika.Az “İnterfax”a istinadən xəbər verir ki, qərara görə ABŞ-ın İrana qarşı məlum sanksiyaları humanitar yardımlara və mülki aviasiya ilə bağlı mallara şamil olunmamalıdır.

Xatırladaq ki, bu il mayın 8-də ABŞ Prezidenti Donald Tramp İran nüvə proqramına dair müştərək Əhatəli Fəaliyyət Planından çıxdıqlarını və həmin ölkəyə qarşı birtərəfli sanksiyaları tam həcmdə bərpa etdiklərini açıqlamışdı.

Rubrika.Az
Geri qayıt