BMT məhkəməsi: ABŞ-ın İrana qarşı sanksiyaları humanitar yardımlara şamil olunmamalıdır

BMT Beynəlxalq Məhkəməsi İranın ABŞ-a qarşı iddiasına dair ilkin qərarını verib.
Rubrika.Az “İnterfax”a istinadən xəbər verir ki, qərara görə ABŞ-ın İrana qarşı məlum sanksiyaları humanitar yardımlara və mülki aviasiya ilə bağlı mallara şamil olunmamalıdır.
Xatırladaq ki, bu il mayın 8-də ABŞ Prezidenti Donald Tramp İran nüvə proqramına dair müştərək Əhatəli Fəaliyyət Planından çıxdıqlarını və həmin ölkəyə qarşı birtərəfli sanksiyaları tam həcmdə bərpa etdiklərini açıqlamışdı.
Rubrika.Az
Facebook-da paylaş







