Əsas Səhifə > Hadisə > Bakıda yanğın: 1 nəfər tüstüdən zəhərlənib
Bakıda yanğın: 1 nəfər tüstüdən zəhərlənib4-10-2018, 18:55 |
|
Bakıda yanğın hadisəsi baş verib. FHN-dən Milli.Az-a verilən məlumata görə, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 150 kv.m olan 4 otaqlı mənzilin mətbəxində mebel və alçipandan ibarət tavan 10 kv.m sahədə yanıb, yüksək temperaturdan 1 ədəd məişət avadanlığı əriyib. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Rubrika.Az Geri qayıt |