Bakıda yanğın: 1 nəfər tüstüdən zəhərlənib
![]()
Bakıda yanğın hadisəsi baş verib.
FHN-dən Milli.Az-a verilən məlumata görə, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 150 kv.m olan 4 otaqlı mənzilin mətbəxində mebel və alçipandan ibarət tavan 10 kv.m sahədə yanıb, yüksək temperaturdan 1 ədəd məişət avadanlığı əriyib.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Rubrika.Az
Facebook-da paylaş






