Əsas Səhifə > Hadisə > İsrail S-300-ü F-35 qırıcıları ilə məhv edə bilər
İsrail S-300-ü F-35 qırıcıları ilə məhv edə bilər5-10-2018, 23:52 |
|
Rusiyanın S-300 zenit-raket komplekslərinin Suriyaya tədarükü F-35 təyyarələrinə malik İsrail Hərbi-Hava qüvvələrinin effektivliyinə təsir etməyəcək. Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, bunu İsrailin regional əməkdaşlıq naziri Tsahi Haneqbi deyib. O bildirib ki, S-300 kompleksləri İsrail Hərbi-Hava Qüvvələrinin əməliyyat imkanlarını məhdudlaşdıra bilməz. Nazirin sözlərinə görə, bu komplekslər İsrail ordusunda olan “stels” texnologiyalı F-35 qırıcıları aşkar edə bilmir. Haneqbi əlavə edib ki, S-300 komplekslərinin tədarükü İsrailin Suriyaya zərbələrinin qarşısını ala bilməyəcək. O qeyd edib ki, bu komplekslər istər havadan, istər də yerdə məhv edilə bilər. Rubrika.Az Geri qayıt |