İsrail S-300-ü F-35 qırıcıları ilə məhv edə bilər
![]()
Rusiyanın S-300 zenit-raket komplekslərinin Suriyaya tədarükü F-35 təyyarələrinə malik İsrail Hərbi-Hava qüvvələrinin effektivliyinə təsir etməyəcək.
Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, bunu İsrailin regional əməkdaşlıq naziri Tsahi Haneqbi deyib.
O bildirib ki, S-300 kompleksləri İsrail Hərbi-Hava Qüvvələrinin əməliyyat imkanlarını məhdudlaşdıra bilməz. Nazirin sözlərinə görə, bu komplekslər İsrail ordusunda olan “stels” texnologiyalı F-35 qırıcıları aşkar edə bilmir.
Haneqbi əlavə edib ki, S-300 komplekslərinin tədarükü İsrailin Suriyaya zərbələrinin qarşısını ala bilməyəcək. O qeyd edib ki, bu komplekslər istər havadan, istər də yerdə məhv edilə bilər.
Rubrika.Az
Facebook-da paylaş












