Əsas Səhifə > Hadisə > Bakıda evdən 5 min manatlıq qızıl əşyalar oğurlayan şəxs tutulub
Bakıda evdən 5 min manatlıq qızıl əşyalar oğurlayan şəxs tutulub6-10-2018, 17:41 |
|
Bakıda evdən 5 min manatlıq qızıl əşyalar oğurlayan şəxs tutulub. DİN-dən Trend-ə verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 4-də rayon ərazisindəki evlərin birindən 450 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Sübhan Muxtarov saxlanılıb. Araşdırmalar zamanı S.Muxtarovun əlavə olaraq 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib. Rubrika.Az Geri qayıt |