Bakıda evdən 5 min manatlıq qızıl əşyalar oğurlayan şəxs tutulub
![]()
Bakıda evdən 5 min manatlıq qızıl əşyalar oğurlayan şəxs tutulub.
DİN-dən Trend-ə verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 4-də rayon ərazisindəki evlərin birindən 450 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Sübhan Muxtarov saxlanılıb.
Araşdırmalar zamanı S.Muxtarovun əlavə olaraq 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.
Rubrika.Az
Facebook-da paylaş








