Əsas Səhifə > Hadisə > Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb11-10-2018, 11:50 |
![]() 2018-ci il oktyabr ayının 10-dan 11-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Rubrika.Az Daxili İşlər Nazirliyindən verilən məlumatı təqdim edir: - Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınmış, onların da 14-ü “isti izlər”lə açılmışdır. - Əvvəlki dövrlərdən bağlı qalmış 24 cinayətin açılması təmin olunmuşdur. - Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilmişdir. - Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılmışdır. Rubrika.Az Geri qayıt |