Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

2018-ci il oktyabr ayının 10-dan 11-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Rubrika.Az Daxili İşlər Nazirliyindən verilən məlumatı təqdim edir:
- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınmış, onların da 14-ü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 24 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılmışdır.
Rubrika.Az
Facebook-da paylaş













