Əsas Səhifə > Hadisə > Məmmədyarov fransalı həmsədrlə Qarabağı müzakirə edib

Məmmədyarov fransalı həmsədrlə Qarabağı müzakirə edib


15-10-2018, 18:55
Məmmədyarov fransalı həmsədrlə Qarabağı müzakirə edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ilə görüşüb.

Rubrika.Az xeber verir ki, XİN-dən Oxu.Az-a verilən məlumata görə, görüş “Şərq Tərəfdaşlığı” ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində baş tutub.

Tərəflər BMT-nin Baş Assambleyası çərçivəsində Nyu-Yorkda baş tutan birgə görüşdən sonra danışıqlar prosesinin hazırkı vəziyyətini müzakirə edib və ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin bölgəyə qarşıdan gələn səfəri üzrə fikir mübadiləsi aparıb.

Rubrika.Az
Geri qayıt