Məmmədyarov fransalı həmsədrlə Qarabağı müzakirə edib
![]()
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ilə görüşüb.
Rubrika.Az xeber verir ki, XİN-dən Oxu.Az-a verilən məlumata görə, görüş “Şərq Tərəfdaşlığı” ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində baş tutub.
Tərəflər BMT-nin Baş Assambleyası çərçivəsində Nyu-Yorkda baş tutan birgə görüşdən sonra danışıqlar prosesinin hazırkı vəziyyətini müzakirə edib və ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin bölgəyə qarşıdan gələn səfəri üzrə fikir mübadiləsi aparıb.
Rubrika.Az
Facebook-da paylaş










