Əsas Səhifə > Dünya > Nikol Paşinyan ABŞ səfirinin sözlərinə fikir verməməyə çağırıb

Nikol Paşinyan ABŞ səfirinin sözlərinə fikir verməməyə çağırıb


17-10-2018, 14:51


Ermənistan baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ABŞ-ın İrəvandakı səfiri Riçrd Millzin Qarabağ münaqişəsi ilə bağlı sözlərinə “artıq getməkdə olan səfirin” bəyanatı kimi yanaşılmasını məsləhət görüb.

Rubrika.Az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Paşinyan bu gü jurnalistlərlə söhbət zamanı işlədib

“Biz öz mövqeyimizi ifadə etmişik və bununla bağlı hansıaa dəyişiklik etmək fikrimiz yoxdur”,- Paşinyan bildirib.

Xatırladaq ki, Riçard Millz EVN Report jurnalına verdiyi müsahibədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının işğal olunmuş ərazilərin bir hissəsinin geri qaytarılmasından keçdiyini söyləmişdi.

Rubrika.Az
Geri qayıt